|
ABŞ vitse-prezidenti Bəşər Əsədlə Səddam Hüseyni səhv saldı

ABŞ-ın vitse-prezidenti Co Bayden Suriya prezidenti Bəşər Əsədlə İraqın edam edilən keçmiş lideri Səddam Hüseyni səhv salıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Barak Obama administrasiyasının Suriyanın gələcəyi haqda siyasəti ilə bağlı suala cavabında o, Əsədi Səddam adlandırıb: “Biz beynəlxalq aləmlə Suriyada münaqişənin sülh yolu ilə nizamlanması, eyni zamanda Səddamın postunu tərk etməsi və hakimiyyətdən məhrum edilməsi istiqamətində işləyirik”.

Amma jurnalist onun səhvini düzəldib: "Əsədin hakimiyyətdən məhrum edilməsi...".

Bundan sonra Co Bayden də dediklərinə düzəliş edib: "Üzr istəyirəm, Əsədin...".