|
Cennifer Lopez: “Özümü qamətli hesab etmirdim”

Bədən quruluşuna görə dünyadakı əksər qadınların qısqanclıq hədəfi olan Cennifer Lopez kompleksindən danışıb. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, əvvəllər öz bədənini sevmədiyini deyib:
 
“Özümü tez-tez başqa qadınlarla müqayisə edirdim, bədənimi cəzbedici adlandıranda dözə bilmirdim. Özümü kifayət qədər qamətli hesab etmirdim”.

Maks və Emma adlı 8 yaşlı əkizlərin anası olan Lopez öz üzrərində işləməyin vacib olduğunu deyib: 

“Bu, çox əhəmiyyətlidir.  Çünki bu zaman ətrafa özünəinam hissi və əminlik saçırsan. Rəqs bu məsələdə ən yaxın köməkçidir”. 

Cia.az