|
Kıvanç Tatlıtuğ və həyat yoldaşı tətildə -

Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizerin tətili davam edir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, fevralda ailə quran cütlük dünən sahildə göründükdən sonra bu gün Alaçatı küçələrində əl-ələ gəzərkən paparassilərin hədəfinə düşüblər.

Jurnalistlərin suallarına cavab verməyən ikili gülümsəyərək yollarına davam ediblər.

Qeyd edək ki, K.Tatlıtuğ yeni mövsümdə Tuba Büyüküstünlə baş rollarını paylaşacaq serialda yer alacaq.





Cia.az