|
Arda Turan: 'Anamı ağladanları...'
Avropa Çempionatının D qrupunda Çexiyaya 2-0 hesabı ilə qalib gələn Türkiyə yığma komandasının kapıtanı Arda Turan oyundan sonra açıqlama verib.
Arda Turan hər kəsi təbrik edib və növbəti tura çıxdıqlarına ümid etdiyini bildirib: "Hər kəsi təbrik edirəm. Qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Ümidvaram ki, bu qalibiyyət bizi ikinci tura aparacaq. Baş verən gərginliyin arasında bu qalibiyyət yerinə düşdü. Ölkəmiz üçün bu çempionat çox mühümdü. Bayrağımızın burada ölması bizim üçün vacibdir. Sabah çətin və böyük gün olacaq. İnşallah Allah bizə kömək olar və dualarla növbəti tura keçərik. Mən tənqidə dözümlüyəm. 

Bu komandada 90-dan çox oyuna çıxmışam. Zəif olduğum 5 oyun göstərsinlər, sərvətimi bağışlayım. Anamı ağladanları ömür böyu bağışlamayacağam. Hamısı ilə bir-bir hesablaşacağam, amma indi yeri deyil".
Cia.az