|
Şimali Koreyanın buraxdığı raketlər 150-160 km uçaraq havada partlayıblar
Şimali Koreyanın buraxdığı ballistik raketlər 150-160 km uçaraq havada partlayıblar.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Renhap”a  Cənubi Koreyanın rəsmi qurumlarındakı mənbə bildirib.
 
“Təhlil göstərir ki, 4 min km-dək məsafəni qət edə biləcək “Musudan” sinfinə aid raketlər cəmi 150 km-dən çox məsafəni qət edə biliblər”, -  deyə mənbə bildirib.  
 
Mənbə qeyd edib ki, uçuş zamanı raketlər bir neçə hissəyə parçalanıb.
 
“Renhap”-ın məlumatına görə, KXDR lideri Kim Çem In raket buraxılışına şəxsən nəzarət edib.
 
Qeyd edək ki, Şimali Koreya bir qədər əvvəl iki ballistik raketin buraxılışını həyata keçirib.
Cia.az