Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan üçəmlərdən ikisinin elektrik enerjisinin kəsilməsi nəticəsində ölməsi xəbərlərinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova virtualaz.orgsaytına bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15-də üçəm dünyaya gətirib. “Uşaqların çəkisi çox balaca olub. İntensiv yardım göstərilib. Lakin edilən yardımlara baxmayaraq, uşaqlardan biri 1:00-da, digəri isə 1:10-da ölüb”.
S.Əhmədova deyib ki, Salyanda saat ikinin yarısında işıqlar sönüb: “Xəstəxananın reanimasiya, doğum şəbələrində generatorlar var. İşıq sönən kimi generatorlar işə salınır. Uşaqların ölümü işığın kəsilməsi ilə əlaqəli deyil”.
Qeyd edək ki, ailə doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsildiyini, generatorların işə salınmadığını iddia edib. Sağ qalan uşağın da vəziyyəti ağırdır.
Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb.
Cia.az
