|
Moskva-Xabarovsk təyyarəsi məcburi eniş edib

Moskva-Xabarovsk marşrutu üzrə uçan “Boeing-747” təyyarəsi məcburi eniş edib.

“İnterfaks” xəbər verir ki, təyyarə mühərrikində yaranan texniki nasazlıq səbəbindən “Vnukovo” aeroportuna geri dönməli olub.

Hadisə nəticəsində zərərçəkən olmayıb.

Pilotlar təyyarəni təhlükəsiz şəkildə hava limanına endirib.

Cia.az