|
Ermənistan prezidenti Sankt-Peterburqda həmsədrlərlə görüşüb
Ermənistan prezidenti Serj Sarkisyan Sankt-Peterburqda ATƏT-in Minsk qrupu həmsədrləri rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik, fransalı Pyer Andryu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
 
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, S. Sarkisyan Sankt-Peterburqda keçirilən sammit barədə təəssüratlarını bölüşüb.
 
Xatırladaq ki, ötən gün Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üçtərəfli görüşü keçirilib. Görüşün sonuna ATƏT-in Minsk qrupu həmsədrləri də qatılıb.
 
Sonda prezidentlərin birgə bəyanatı qəbul olunub. 
Cia.az