Piyada kəllə-beyin travması alıb.
Samuxda naməlum avtomobil yolu keçən qadını vurub.
Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində baş verib. 38 yaşlı Könül Əliyeva Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib və ona kəllə-beyin travması qoyulub.
Vəziyyəti orta-ağır olan qadını vuran avtomobilin sürücüsünün məsuliyyətə cəlb edilməsi istiqamətində Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
Cia.az
