|
Azərbaycanlı arvadını və qaynanasını öldürdü -

Rusiyanın Tolyatti şəhərində azərbaycanlı iki nəfəri öldürüb və bir nəfəri yaralayıb.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən həftə baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü azərbaycanlı Nuran Musayev keçmiş həyat yoldaşı və onun 1965-ci il təvəllüdlü anasını qətlə yetirib. Daha sonra isə keçmiş qaynatasını bıçaqla ölümcül yaralayıb.

Tolyatti şəhər polisinin rəis müavini Yevgeni Lbov bildirib ki, hazırda Nuran Musayevin tutulması istiqamətində əməliyyat tədbirləri görülür.

Cia.az