|
Gömrük rəisi: ən çox qaçaq pul Azərbaycandan gəlir

Moskvanın Şeremetyevo aeroportunun gömrük xidmətinin şöbə rəisi Sergey Dolqov aerportda aşkar edilən qaçaq pulların əsas hissəsinin Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən gətirildiyini deyib.

Dolqov bu haqda “Moskva” agentliyinə bildirib. “Ən çox qaçaq pul Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən daxil olur. Habelə Belçika, İspaniya, İtaliya, Çexiya və Böyük Brutaniyadan da pul qaçaqmalçılığı halları qeydə alınır”- o deyib. Dolqov xatırladıb ki, Rusiyaya daxil olan şəxslər 10 min dollardan artıq məbləği gömrükdə bəyan etməlidir.

Cia.az