|
Rusiyada hərbi poliqon yanır: 576 nəfər təxliyə olundu

Rusiyada hərbi poliqonda yanğın baş verib.

TASS-ın verdiyi məlumata görə, hadisə Həştərxan vilayətində yerləşən Aşuluk poliqonunda qeydə alıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hazırda raket sürətləndiriciləri yanır. Həmin qurğular S-75 zenit raketlərinin mühərrikləri üçün nəzərdə tutulur.

Yaxınlıqdakı hərbi şəhərcikdən 500 nəfər, poliqondan isə 76 nəfər təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Cia.az