|
Saatlı sakini narkotik bitki yetişdirdiyinə görə saxlanılıb
Saatlı sakini narkotik xassəli bitki yetişdirdiyinə görə saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı polis şöbəsi əməkdaşlarının “Xaş-Xaş 2016” əməliyyat planına uyğun keçirdikləri tədbir zamanı Mustafabəyli  kənd sakini, əvvəllər məhkum olunmuş Qəhrəmanov Elnur Gülağa oğlunun  həyətyanı sahəsindən və yaşadığı evdən xüsusi qablarda yetişdirdiyi 27 ədəd çətənə kolu aşkar edib.
Aqrotexniki ekspertizanın rəyinə görə, saxlanılan şəxs tərəfindən  narkotik xassəli çətənə kollarını aqrotexniki qaydada  qulluq etməklə becərib.
Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Cia.az