|
Millimiz uduzdu

Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Rostselmaş” komandası ilə qarşılaşan yığmamız 3:4 hesabı ilə məğlub olub. 

Komandamızın heyətində Xəqani Sadıxov dubl edib, digər qolu isə Kamran Quliyev vurub.