|
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib.

AzərTAc bildirir ki, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda Formula-1 yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını deyib.

Formula-1 yarışının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfəsini verdiyini bildirib. Prezident İlham Əliyev yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Cia.az