|
Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağı niyə endirilmişdi?

Bu gün səhər Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağı bir qədər endirilmiş vəziyyətdə olub.

Şəhərdə mötəbər beynəlxalq tədbirin keçirildiyi bir vaxtda belə bir halın səbəbini öyrənmək üçün virtualaz.org-un əməkdaşları Dövlət Bayrağı Meydanı İdarəsinə müraciət ediblər.

İdarədən bildirilib ki, bu gün səhər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin pisləşəcəyi ilə bağlı hava proqnozuna əsasən Azərbaycan bayrağı bir qədər aşağı endirilib.