|
Livanda Rusiya vətəndaşı saxta 90 min dollarla yaxalanıb

Livan hökuməti Beyrut hava limanında ölkədən saxta pulları çıxarmağa çalışan Rusiya vətəndaşını saxlayıb.

Rusiya mətbuatı xəbər verir ki, insident iyunun 16-dan 17-nə keçən gecə baş verib.

58 yaşlı kişidən şübhələnən hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar nəticəsində ondan 90 min dollar dəyərində saxta pul aşkarlayıb.

Pulun qadın corablarının və kəmərlərin arasında gizlədildiyi müəyyənləşib.

Faktla bağlı istintaq aparılır.

Cia.az