|
Şabran rayonunda ağır yol qəzası baş verib

Şabran rayon ərazisinin Gəndov massivində yol-nəqliyyat hadisəsi baş verib.

“Hyundai” markalı avtomobil “VAZ 21-011” markalı maşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə yerinə xəstəxananın iki təcili tibbi yardım maşını göndərilib. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində ölən Gəndov kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Qalib Məmmədəli oğludur.

Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralılar - Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şixalıyev Elşən Rasim oğlunun və Şabran rayon Mollakamallı kənd sakini 1958-ci il təvəllüdlü Musayev Atakişi Ramazan oğlunun vəziyyəti isə hazırda ağır olaraq qalır. Onlar kəllə-beyin zədəsi alıblar. (“Report”)