|
Kris Braun Bakı səhnəsində - fotolar

Hazırda “Formula-1” yarışlarının birinci günü münasibətilə Dənizkənarı Milli Parkda konsert keçirilir. 

Axşam.az-ın məlumatına görə, konsertdə amerikalı müğənni, bəstəkar və rəqqas Kris Braun səhnəyə çıxıb. 

İlk olaraq gecənin aparıcısı Murad Dadaşov gələn qonaqları salamlayıb və “Formula- 1” yarışlarının əhəmiyyətindən, eləcə də Azərbaycanda keçirilməsindən duyduğu qürurdan danışıb. Daha sonra səhnədə Kris Braun görünüb və o, “Formula-1” azarkeşlərinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edib. 

Qeyd edək ki, sabah keçiriləcək konsertdə Enrike İqlesias səhnəyə çıxacaq. Bundan əlavə  iyulun 19-da Farel Vilyams və Roberto Kel Torres də öz çıxışları ilə “Formula-1” həvəskarlarını çoşduracaq. 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cia.az