|
Beyləqanda intihar etdiyi bildirilən 24 yaşlı qadını əri asıbmış

Beyləqanda dəhşətli cinayətin üstü açılıb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Təhminə Məmmədlinin yaşadığı evdə özünü asması barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı T.Məmmədlinin intihar etmədiyi, onun ailə-məişət münaqişəsi zəminində əri 1980-ci il təvəllüdlü Pərviz Məmmədov tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.

P.Məmmədov tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Cia.az