|
Ukraynada maskalı silahlılar azərbaycanlını qarət etdi

Xarkovda silahlı cinayətkarlar azərbaycanlını qarət ediblər.

“057.ua” xəbər verir ki, hadisə 16 iyunda Saltov yolunda baş verib.

“Hadisə haqqında məlumat bu gün Moskva polis bölməsinə saat 15.20 radələrində daxil olub. Saltov yolunda iki naməlum şəxs 47 yaşlı şəxsə silah tətbiq etməklə hədələyərək 30 min dollar məbləğində pulunu ələ keçiriblər”, - Xarkov vilayətinin Milli Polis Baş İdarəsindən bildiriblər.

Sayta bildiridiyinə görə, qarət olunan şəxs Azərbaycan vətəndaşıdır, cinayətkarlar rezin güllələri olan tapançadan havaya atəş açıblar.

Moskva şöbəsində cinayətkarlara qarşı Ukrayna Cinayət Məcəlləsinin “quldurluq” maddəsi üzrə cinayət işi açılıb.

Cia.az