Bu gecə Bakının Qaradağ rayonunda, Lökbatan qəsəbəsi yaxınlığında dairəvi yolda ölümlə nəticələnən yol qəzası baş verib.
Yüksək sürətlə hərəkət edən “Niva” avtomobili xarici dairəvi yolda idarəetmədən çıxıb və yolun kənarında dayanmış yük maşınına çırpılıb. Nəticədə “Niva”nın sürücüsü ölüb, sərnişini isə yaralanıb. Hadisə yerində araşdırma aparan polis əməkdaşları “Niva”nın sürücüsünün kimliyini nədənsə açıqlamayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, “Niva” böyük sürətlə hərəkət edirmiş. “Niva”nın yük maşınına çırpılmasından əvvəl isə yolun həmin hissəsində başqa yol nəqliyyat hadisəs baş veribmiş. Belə ki, 90 RL 564 dövlət nömrə nişanlı “Chevrolet” markalı minik avtomobili hərəkətdə olan 99 ES 021 dövlət nömrə nişanlı yük avtomobilini arxadan vurub. Qəzadan sonra yük avtomobilinin sürücüsü qanunvericilikdə nəzərdə tutulan bütün ehtiyat tədbirlərini görüb, hadisə yerindən aralıda qəza nişanı qoyub və həmin nişanı işıqlandırıb. Qəza barədə DİN-in 102 xidmətini məlumatlandırıb. Lakin çox keçmədən yüksək sürətlə hərəkət edən 99 EL 921 dövlət nömrə nişanlı “Niva” yük maşınına və onu arxadan vurmuş “Chevrolet”ə çırpılıb.
Cia.az
