|
ABŞ Amerika Kubokunun yarımfinalına vəsiqə qazanıb - VİDEO
 Futbol üzrə ABŞ yığması Amerika Kubokunun ½ final mərhələsinə vəsiqə qazanıb.
 
"Report" xəbər verir ki, Birləşmiş Ştatlar ¼ finalda Ekvadoru 2:1 hesabı ilə məğlub edib.
Görüş Vaşinqton ştatının Sietl şəhərində keçirilib. ABŞ-ın heyətində qolları Klint Dempsi (22-ci dəqiqə) və Qyasi Zardes (65) vurub. Ekvadorun heyətində Maykl Arroyo (74) fərqlənib.
Digər 14 final oyunlarında Peru və Kolumbiya (18 iyun), Argentina və Venesuela (19 iyun), Meksika və Çili (19 iyun) üz-üzə gələcək. ABŞ yığmasının rəqibi Argentina-Venesuela qarşılaşmasının qalibi olacaq.
 
 
 
Cia.az