|
Gədəbəydə 32 yaşlı kişini sel apardı

Meyit hadisə yerindən 3 km aralıqda aşkar edilib. 

Gədəbəydə yağan güclü yağışların nəticəsi olan sel insan ölümünə səbəb olub. ANS PRESS-in məlumatına görə, 32 Gədəbəy sakini Osman Rzayev məşədən qayıdarkən çaya yıxılıb və sel onu aparıb.
Gecə saatlarında kənd sakinləri onun meyitini hadisə yerindən 3 km aralıqda aşkar ediblər.
Ümumilikdə isə sel və daşqın əraziyə ciddi ziyan dəyib. Hələlik yerli sakinlər özləri fəsadları aradan qaldırmağa çalışırlar.
Sakinlərin təsərrüfatına da ciddi ziyan dəyib, mal-qara məhv olub. Hazırda Qədəbəydə hava dürümu normaldır, yağmursuzdur.
Cia.az