|
Rusiya baş məşqçisi istefa verdi

"Avro-2016" yekunlaşmamış Leonid Slutski artıq qərarını açıqlayıb. 

 

Rusiya Futbol Yığmasının baş məşqçisi Leonid Sluckiy postunu tərk edəcək. İdman ustasının dediyinə görə, rus millisinin "Avro-2016"da hansı nəticəni əldə edəcəyindən asılı olmayaraq artıq bu vəzifəni icra etməyəcək. 
 
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin futbol ittifaqı artıq baş məşqçi postuna namizədləri gözdən keçirməyə başlayıb.
 
45 yaşlı mütəxəssis 2015-ci ilin avqust ayından milliyə rəhbərlik edir. Sluckiynin məşqçilik etdiyi futbol yığmasının "Avro-2016"nın iştirakı elə də ürəkaçan alınmayıb.
 
İngiltərə ilə ilk oyuna çıxan ruslar 1:1 hesabı ilə oynasa da, Slovakiya ilə matçda 2:1 hesabı ilə uduzub. Sluckiynin rəhbərlik etdiyi MOİK futbol klubu Rusiya futbol çempionatının üç qat qalibi olub. Leonid özü isə Rusiya Federasiyasının Əməkdar məşqçisidir.
Cia.az