Azərbaycan BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilib.
Səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-sı Azərbaycanın lehinə səs verib.
Virtualaz.org bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan 2017-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək ECOSOC-un üzvü olacaq.
Nazirlik qeyd edir ki, Azərbaycan Şuraya üzvlüyü zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülhə, inkişafa öz töhfəsini verəcək.
ECOSOC BMT-nin əsas orqanlarından biridir. BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi, sosial sahələrdə işini əlaqələndirir.
Cia/az
