|
Bakıda maşın 4 yaşıl qızı vurub öldürdü

Bakıda 4 yaşlı uşağı maşın vurub.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rahim Hüseynov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 2012-ci il təvəllüdlü Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş N.Zeynalova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Cia.az