Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko parlamentin Milli Təhlükəsizlik və Müdafiə məsələləri üzrə Komitəsinin iclasında yuxulayıb.
Iclasdan videogörüntülər YouTube videohostinqinə dünən yerləşdirilib.
Kadrlardan göründüyü kimi, “Xalq Cəbhəsi” fraksiyasından deputat Andrey Teteruk yanında yatan Savçenkonu oyatmaq fikrinə düşüb. O, mineral su olan şüşəni götürərək həmkarının stəkanına süzüb. Axan su şırıltısı Savçenkonun oyanmasına səbəb olub.
Cia.az
