|
Xırdalanda 92 yaşlı qadın intihar edib

Abşeronda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini, 1924-cü il təvəllüdlü Əminə Mahmud qızı Kərimova özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb. Xəstəxanaya çatdırılan Ə.Kərimova orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

cia.az