Qardaş Türkiyədə Fətullah Gülən tərəfdarları ilə rəsmi Ankara arasında münasibətlər yenidən gərilib.
Hətta iş o həddə çatıb ki, Türkiyədə rəsmi olaraq Fətullah Gülən barəsində həbs qərarını belə müzakirəyə çıxarılıb. Yəni Fətullah Gülənin interpola axtarışa verilməsi belə aktuallaşıb.
Təbii ki, Fətullah Gülən cameəsi ilə Ankaranın münasibətləri hər gəriləndə bunun təzahürləri özünü Azərbacynada da nəzərə çarpdırır. Məsələn, keçən dəfələrlə xeyli sayda məmur və deputat məhz nurçularla bağlılıqda ittiham olundu, işindən alındı, fərqli formada cəzalandırıldı. Hətta həbslər belə oldu.
«Bu dəfə də Azərbaycandan Türkiyəyə dəstək veriləcək» deyən məlumatlı mənbə DİA.AZ-a açıqlamasında bildirdi ki, konkret olaraq bir neçə məmur və iş adamı var ki, keçən mərhələdən yaxalarını çətin də olsa kənara çəkə bilmişdilər.
Mənbənin dia.az-a söylədikləri: «Amma bu dəfə daha ağır mərhələ ola bilər. Artıq Ərdoğanın rəsmi Bakıya müraciət etdiyi söylənilir. Əgər bu xəbərlər özünü doğruldarsa, Fətullah Gülən cameəsinin Azərbaycandakı əsas partnyorlarından biri kimi tanınan «Azərsu»nun şefi Qorxmaz Hüseynov ilk qurbanlardan biri olacaq».
Mənbə onu da əlavə etdi ki, eyni zamanda növbəti mərhələdə Bakıda nurçulara məxsus iş yerləri də fəaliyyətini dayandıra bilər.
Qeyd edək ki, birinci mərhələdə Azərbaycandakı təhsil ocaqlarını və biznes mərkəzlərini itirən Fətullah Gülən tərəfdarları eyni zamanda bir neçə himayədar məmur itkisinə də məruz qaldılar.
Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.
