|
NATO-nun Qara dənizdə güclənməsi Rusiyanı qorxudur
“NATO-nun Qara dənizdə daimi mövcudluğu bölgədə istiqrarı pozan və təhlükəsizliyinə xələl gəitrəcək bir faktordur”.
Bu sözlər Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin  Ümumavropa əmədaşlıq departamentinin rəhbəri Aleksandr Kelin tərəfindən səsləndirlib.
Diplomat bildirib ki, bu vaxta qədər Qara dəniz hövzəsinə daxil olmayan dövlətlərin, xüsusilə ABŞ-ın hərbi gəmiləri Qara dənizdə yalnız ayrı-ayrı zamanlarda dənizə daxil olub, lakin burada daimi surətdə məskunlaşmayıblar.
“NATO gəmilərinin daimi surətdə məskunlaşması, şübhəsisz ki, regiona istiqrarsızlıq gətirəcək, çünki Qara dəniz NATO-nun dəniz məkanı deyil, onun NATO-ya ümumiyyəltə aidiyyatı yoxdur...”, -  deyə o bildirib.
“Biz bilirik ki, NATO gələcəkdə Qara dəniz bölgəsinə daimi olaraq yerləşməyi düşünür. Fikirləşirəm ki, bu bizim NATO ilə əməkdaşlığımıza ziyan vuracaq”, - deyə Aleksandr Kelin mətbuata bildirib.
NATO-nun Qara dəniz bölgəsində region dövlətlərini cəlb etməklə daimi birlik şəklində fəaliyyət göstərməsinə bölgə dövlətlərindən Rumıniya xüsusi olaraq maraq göstərir.
Bundan başqa, NATO baş katibi Yens Stoltenberq NATO-nun Qara dənzidə iştirakının gücləndiriləcəyini bəyan edib.
“Biz hava məkanının patrulunu həyata keçiririk, dənizdə iştirakımızı gücləndiririk. Hazırda biz Qara dənizi regionunda səylərimiz artırmaqda davam etməyi düşünürük”, - deyə o mətbuata açıqlayıb.
NATO baş katibi əlavə edib ki, Alyans ölkələrinin müdafiə nazirlərinin iyunun 14-dəki toplantısında “Cənub-Şərq” çoxmilli diviziyanın tərkibində rumın çərçivə briqadasının yaradılması müzakirə edilib.
Cia.az