Tbilisi şəhərindəki “New School International” məktəbində ənənəvi Beynəlxalq Gün Festivalı keçirilib.
Ölkəmizi bu festivalda Azərbaycanın Gürcüstandakı səfirliyi təmsil edib.
Səfirlik festivalda Azərbaycan milli suvenirlərini, geyimlərini nümayiş etdirib. İştirakçılara Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və turizm imkanları, əsrarəngiz təbiəti haqqında gürcü, ingilis və rus dillərində kitab və jurnallar paylanılıb.
Azərbaycanlı şagirdlər Azərbaycan milli musiqilərini, eləcə də “tərəkəmə” rəqsini ifa ediblər.
Qonaqlar Azərbaycanın ləziz yeməklərinin, paxlava, şəkərbura və digər şirniyyat növlərinin də dadına baxıblar.
Cia.az
