Bəzi KİV bu gün Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanınazadlığa buraxılması barədə yazıblar.
Bildirildiyinə görə, Nailə Quliyeva məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsindən bu gün Amnistiya aktının yerinə yetirilməsi çərçivəsində azadlığa buraxılıb.
Virtualaz.org bu xəbəri Hacı Məmmədovun ailə üzvlərindən dəqiqləşdirməyə çalışsa da, onlar məsələdən xəbərsiz olduqlarını, məlumatı da KİV-dən öyrəndiklərini deyiblər.
Nailə Quliyeva 2005-ci ilin martında MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır. O, 13 il müddətinə azadlıqdan məhrum edilib.
cia.az
