|
"Uels millisi İngiltərədən güclüdür"

Uels millisinin futbolçusu Aaron Remzi “Avro-2016”nın  B qrupunda  İngiltərə ilə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.
“Arsenal”ın yarımmüdafiəçisi idialı açıqlama verib:
“Düşünürəm ki, biz İngiltərə millisindən güclüyük. Çox çətin yollar keçmişik və indi işimizin bəhrəsini görürük. İngiltərə ilə oyunu səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, sabah keçiriləcək İngiltərə - Uels oyunu saat 17:00-da başlayacaq.

cia.az