|
Kreml: “Ərdoğanın Putinə məktubu cavab tələb etmir”

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinə ünvanlandığı məktub cavab tələb etmir.

Virtualaz.org “RİA Novosti”yə istinadən bildirir ki, Peskov bununla bağlı deyib:

“Bu milli bayramlarla əlaqədar göndərilən ənənəvi protokol məktubudur. Beynəlxalq münasibətlərdə bu adi təcrübədir. Adəti üzrə, belə məktublara cavab verilmir. Həmin məktubda, təəssüf ki. məzmun etibarilə başqa məqamlar yox idi”.