|
Putin Alla Puqaçovanı təltif etdi

Rusiya prezidenti Vladimir Putin SSRİ xalq artisti Alla Puqaçovanı fəxri ordenlə təltif edib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni “Vətən qarşısındakı xidmətlərinə görə” mükafatının IV dərəcəsinə layiq görülüb.

Qeyd edək ki, adıçəkilən ordenin I dərəcəsi ilə Moskva Dövlət Teatrının aktyoru Leonid Bronevoy, III dərəcəsi ilə isə bəstəkar İqor Krutoy, Moskva Akademik Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvindt və bəstəkar Aleksandra Paxmutova təltif olunublar.