|
"Güdük Nəcmi"dən bəd xəbər

“Hababam sınfı” filmlərindən Güdük Nəcmi obrazı ilə məşhurlaşan 76 yaşlı aktyor Halit Akçatəpədən sevənlərini kədərləndirəcək bəd xəbər var.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi iflic keçirib. Ötən həftə səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya aparılan H.Akçatəpəyə həkimlər iflic diaqnozu qoyublar. Aktyor bədəninin sağ tərəfini istifadə edə bilmir.

Sənətçi yeriyib danışmaqda da çətinlik çəkir. Hazırda o, xəstəxanada həkim nəzarətindədir.