|
Azərbaycanın müdafiə naziri Moskvaya gedir

Sabah Rusiya paytaxtında MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

APA-nın verdiyi məlumata görə, iclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılması planlaşdırılır.

İclasda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edəcək.

Cia.az