|
Bir daha Goranboyda məmurların saxlanması barədə

Dünən virtualaz.org yerli KİV-ə istinadən Goranboy rayonunda qızılın qeyri-leqal axtarışı və hasilatı ilə məşğul olan məmurların saxlanılması barədə xəbər vermişdi.

Məlumatda deyilirdi ki, xüsusi əməliyyat Azərbaycanın xüsusi xidmət orqanları, ələlxüsus da DTX tərəfindən keçirilib.

Lakin hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən virtualaz.org-a bildirilib ki, bu əməliyyat xüsusi xidmət orqanları tərəfindən deyil, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib.
Cia.az