|
“Yalan illüziyası 2” filmi Nizami Kino Mərkəzinin böyük ekranında

Nizami Kino Mərkəzində “Yalan illüziyası 2” bədii filminin və “Avropa çempionatı-2016” oyunlarının böyük ekranda nümayişinə başlanılıb.

Nizami Kino Mərkəzindən Cia.az-a bildirilib ki, Amerika istehsalı olan “Yalan illüziyası 2” filmini rejissor Con M.Çu, döyüş, triller və komediya janrında çəkib.

Filmdə baş rollara Cessi Ayzenberq, Mark Ruffalo, Vudi Harrelson, Deyv Franko, Deniel Redkliff, Lizzi Kaplan, Cey Çou, Sanaa Leten, Maykl Keyn, Morqan Friman çəkilib.

Seansların vaxtı və saatını kinomərkəzin “facebook” səhifəsindən öyrənmək mümkündür:https://www.facebook.com/NizamiCinema?rf=hl

Cia.az