İsveçrəli model Pixee Fox dünyada estetik əməliyyat asılılığı olan xanım kimi tanınır. O, xəyalındakı xarici görünüşə qovuşmaq üçün 19 estetik əməliyyat keçirib. Bunun üçün model 123 min dollar xərcləyib.
Aile.lent.az xarici KİV-ə istinadən bildirir ki, P.Fox sonuncu göz implantı əməliyyatı ilə gündəmə gəlib. Model istədiyi göz rənginə sahib olmaq üçün 84 min funt xərcləyib.
O, keçən il arzusunda olduğu qum saatı bədən quruluşuna sahib olmaq üçün 6 qabırğasını çıxartdırıb. Bu əməliyyat dünya mediasında çox böyük səs-küyə səbəb olmuşdu. 26 yaşlı model son olaraq göz rəngini qalıcı olaraq dəyişdirmək üçün əməliyyat masasına uzanıb. Modelin hədəfi göz rənginin cizgi film qəhrəmanlarınınkı kimi yaşıl rəng olmasıdır. Bu xəyalını reallaşdırmaq üçün 4.100 funt xərcləyərək, göz implantı etdirib.
Təbii göz rəngi mavi olan Pixee dəyişik rəngdə gözlərə sahib olmanın uşaqlıq xəyalı olduğunu söyləyib: “Su yaşılı rəngini seçdim, çünki bu, doğuşdan sahib ola bilməyəcəyiniz bir rəngdir”.
P. Foxun indiyədək keçirdiyi plastik-estetik əməliyyatların siyahısı və xərcləri:
2 göz implantı: 4.100 funt
Qabırğaları çıxartdırma: 6.000 funt
4 burun estetikası: 12.600 funt
4 döşləri böyütmə: 26.500 funt
2 yağ aldırma: 4.600 funt
2 göz qapağı aldırma: 5.300 funt
Daxili dodaq estetikası: 3.300 funt
Qaş qaldırma: 2.200 funt
Omba qaldırma: 8.000 funt
Yağ əritmə: 660 funt
Yanaq dolğusu: 5.000 funt
Dodaq dolğusu: 5.000 funt
Cəmi: 84.000 funt - təxminən 123 min dollar



