|
AFFA İcraiyyə Komitəsi Premyer Liqaya görə yığışır

Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclas saat 10:00-da başlayacaq.
AFFA-nın prezidenti Rövnəq Abdullayev bir neçə gün əvvəl jurnalistlərə bildirib ki, bu iclasda Topaz Premyer Liqanın 2016/17 mövsümü ilə bağlı qərar veriləcək. Həmin açıqlamasında o yeni mövsümdə çempionatda 8 komandanın iştirak edə biləcəyini söyləyib. 

Cia.az