|
Albaniya millisinin kapitanı: "Əllə oynamağa məcbur idim"

Albaniya millisinin kapitanı Lorik Sana "Avro-2016"nın A qrupunda İsveçrəyə qarşı matçda (0:1) ikinci sarı vərəqə aldığı epizodu şərh edib.

O, həmin epizodda başqa çıxış yolu olmadığı üçün bilərək əllə oynadığını deyib:

"Topa çata bilmirdim, ona görə də əllə oynamağa məcbur idim. İsveçrəlilərin qapıçımızla təkbətək çıxmasına imkan vermək olmazdı. Mən komandamı pis vəziyyətdə qoydum, amma qarşıda hələ iki oyunumuz var".

Cia.az