Almaniya millisinin baş məşqçisi Yoahim Löv "Avro-2016"da bu gün qarşılaşacaqları Ukrayna ilə oyun haqda danışıb.
Almaniyalı mütəxəssis Ukrayna millisinin əks hücumlarda çox təhlükəli olduğunu bildirib:
"Bizdən gözləntilər yüksəkdir. Biz də səbirsizliklə bu oyunu gözləyirik. Ukrayna millisi dinamik və əks hücumlarda çox təhlükəli komandadır. Rəqibin əsas üstünlüyü isə futbolçuların fiziki cəhətdən güclü olmalarıdır".
Qeyd edək ki, bu axşam keçiriləcək Almaniya - Ukrayna oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cia.az
