Yeni Azərbaycan Partiyası Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə bBu gün Mərkəzi Seçki Komissiyasının YAP-dan məşvərət hüquqlu üzvü kimi bələdiyyə seçkilərini izləyir.
“Qafqazinfo”nun verdiyi xəbəər görə, YAP funksioneri bu barədə özünün facebook hesabında məlumat yayıb.
A.Mirzəzadə qeyd edib ki, saat 7:45-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 11 saylı məntəqəsində olub: “Seçkiyə hazırlıq təlimatlra uyğun idi. Saat 8-də ilk seçici məntəqədə səs verdi, bu Lökbatan qəsəbə sakini Elnarə Əliyeva idi. Məntəqədə 1492 nəfər seçici qeydiyyatdadır.
Sonra 8:25-də həmin dairənin 2 saylı məntəqəsində oldum, orada 1342 nəfər seçici qeydiyyatdadır. Həmin vaxta 30 nəfər seçici səsə vermişdi.
İmkandan istifadə edib YAP Qaradağ rayon təşkilatının qərargahında oldum. Səhər saatlarından partiyadaşlarım seçki ilə bağlı fəaliyyətdə idilər. Növbəti məntəqələrə gedirəm”.
