|
Uels millisindən tarixi qələbə

"Avro-2016"nın qrup mərhələsinin ilk oyununda Slovakiyaya 2:1 hesabı ilə qalib gələn Uels millisi tarixə düşüb.

Uels yığması Avropa çempionatına qələbə ilə başlayan ilk Britaniya ölkəsi olub.

Daha öncə İngiltərə millisi qatıldığı 8 Avropa çempionatının heç birinin startında qələbə qazana bilməyib. Şotlandiya yığması da iki dəfə turnirə uğursuz başlayıb. 
Tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edən Şimali İrlandiya millisi isə hələ "Avro-2016"da debüt etməyib. 

Cia.az