|
İngiltərə - Rusiya: ən yaxşı oyunçu bəlli oldu

“Avro-2016”nın B qrupunda keçirilən İngiltərə – Rusiya oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, ingilislərin yarımmüdafiəçisi Erik Dayer matçın ən yaxşı oyunçusu seçilib.

90 dəqiqə meydanda olan 22 yaşlı futbolçu cərimə zərbəsindən İngiltərə millisinin yeganə qolunu vurub.  

Qeyd edək ki, Marseldə keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Cia.az