|
Bakı-Sumqayıt qatarının şüşələrini sındıran daha iki azyaşlı saxlanıldı

Bakı-Sumqayıt elektrik qatarının şüşələri sındırılıb.

Cia.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçlirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Bakı-Sumqayıt elektrik qatarının iki pəncərəsinin şüşələrini daşla sındırmış Biləcəri qəsəbə sakinləri olan iki azyaşlı saxlanılıb.

Onların izahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.

Cia.az