|
Beyləqanda faciə: körpə uşaq arxda boğulub öldü

Beyləqan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Belə ki, iyunun 9-da Beyləqan rayonunun Əhmədli kəndində yaşayan azyaşlı Pünhan Babayev evlərinin yaxınlığından keçən arxa yıxılaraq boğulub. Faktla bağlı araşdırma aparılır.

Məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Cia.az