|
Facebook Krımdakı istifadəçilərinin reklam akkauntlarını bloklayıb
“Facebook” sosial şəbəkəsi Rusiyaya birləşdirilən Krım əleyhinə tətbiq edilən sanksiyalara qoşularaq,   yarımadadakı istifadəçilərin reklam akkauntlarını bloklayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Krımın “baş naziri” Ruslan Balbek bildirib.   
 
Onun sözlərinə görə, sanksiyalar iyunun 1-dən tətbiq edilməyə başlayıb.  
 
“Biz “Facebook”un qərb siyasətçilərin  qərarlarına dəstək verməsinə təəssüf edirik. Bu tamamilə boş bir aksiyadır, bunun Krım müəssisələrinə heç bir mənfi təsiri olmayacaq”, -deyə Balbek bildirib.  
 
Krımın “baş naziri”  “Facebook”un  bu qərarının yalnız siyasi məna daşıdığını bildirib.
 
“Facebook”dan başqa “Instagram” sosial şəbəkəsinin də Krıma qarşı analoji sanksiyalar tətbiq etdiyi bildirilir. 
Cia.az